"Qarabağ" Niderlandda inamlı qələbə qazandı. Təbii ki, onların qalibiyyəti mənim üçün qətiyyən gözlənilməz deyildi. Çünki mən “Qarabağ”ın gücünü bilirəm. Onlar yaxşı futbol oynayır, istədikləri nəticəni qazana bilirlər".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Danildo Dias deyib.
Portuqaliyalı Ağdam klubunun Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda “Tvente”yə qarşı keçiriləcək cavab görüşündən bəhs edib:
"Qarabağ”ın ilk oyundan sonra üstünlüyü var. Fikrimcə, onlar Bakıda da “Tvente”ni məğlub edəcəklər. Vaxtı ilə “Qarabağ” Bakıda “Tvente” ilə 0:0 oynamışdı, səfərdə isə 1:1 edərək qruplara qalmışdıq. Həmin matçları çox yaxşı xatırlayıram. Şadam ki, həmin vaxtı başlayan uğurlu tarix indiyə qədər davam edir, komanda daha da güclənib, təcrübəsi yüksəkdir. Əminəm ki, “Qarabağ” liqa mərhələsində də istədiyi uğurları qazanacaq".
Mirbağırağa
