Alexandro Balde və Hansi Flik müdafiəçinin "Barselona"dakı gələcəyi ilə bağlı vəziyyəti müzakirə ediblər.
Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi 23 yaşlı futbolçuya onu Joao Kanselonun əvəzedicisi kimi gördüyünü bildirib. Flik Baldeyə komandada qalmaq üçün onun çox çalışmaq və inkişaf etməyə hazır olduğunu göstərməli olduğunu deyib.
Balde isə heyətdə yer uğrunda mübarizə aparmağa hazır olduğunu bildirib və özünü sübut etmək üçün ona bir neçə dəqiqə də olsa meydanda şans verilməsini istəyib.
Qeyd olunur ki, “Barselona” bu yay Baldeni satmağa hazır olub. Futbolçuya "Mançester Yunayted" də maraq göstərir. “Mançester Yunayted”dən təklif gəlsə, bunun böyük ehtimalla icarə formatında olacağı gözlənilir. Lakin bu variant “Barselona”nı qane etmir. Kataloniya klubu Baldeni yalnız kifayət qədər yüksək məbləğə satmaq niyyətindədir.
saytlarin hazirlanmasi
