"Qarabağ"ın müdafiəçisi Bençe Varkonyi Sportal.az saytına müsahibə verib.
- Konfrans Liqasının təsnifat mərhələsinin pley-off raundunda Niderlandın “Tvente” klubuna qarşı cavab oyununu (1:4, ilk oyun – 1:0) necə şərh edərdiniz?
- Bu nəticəyə görə məyusuq. Səfərdəki oyundan sonra cavab görüşündə belə nəticə gözləmirdik.
- Görüşün 79-cu dəqiqəyə qədər hər şey yaxşı gedirdi. Daha sonra nə baş verdi?
- Rəqibin bizimlə müqayisədə daha çox qol epizodu oldu. Həm ilk oyunda, həm də cavab görüşündə hesabda öndə idik və ikinci qolu da vura bilərdik. Əks-hücumların birində bunu etmək üçün imkanımız oldu. Bir qədər daha diqqətli olsaydıq, həmin vaxt matçın taleyini həll edə bilərdik. Daha sonra onlar qol vurmaq üçün fürsət tapdılar. Son dəqiqələrdə isə bilirdik ki, rəqib bütün gücü ilə irəli atılacaq. Nəticədə onlar oyunun sonlarında qol vurdular. Bu, bizim səhvimiz idi. Həmin epizodda rəqibi ofsayda sala bilərdik.
- Bundan sonra bütün diqqət Premyer Liqaya yönələcək?
- Bəli, indi Premyer Liqaya fokuslanacağıq. Bu turnirdə qalib gəlmək istəyirik. Əlbəttə, bu, asan olmayacaq, çünki digər güclü komandalar da var. Konsentrasiyamızı qorumalı, daha da güclənməli və vahid komanda kimi çıxış etməliyik. Mövsümün sonunda turnir cədvəlində yüksək pillədə olmaq istəyirik. Həm də sadəcə mükafatçılar sırasında yer almaq yox, ən yüksək pilləni tutmaq istəyirik.
- “Sabah” kimi ciddi rəqibiniz də var...
- Bəli, “Sabah” güclü komandadır. Rəqabət var. Qoy ən güclü olan qalib gəlsin.
- Bəs “Qarabağ”ın çempionluğu qazanmağa gücü çatır?
- Bəli. Amma digər komandaları da nəzərə almalıyıq. “Neftçi”, “Zirə” və yüksək yerlər uğrunda mübarizə aparan digər komandalar da var. Ona görə də biz matçdan-matça irəliləyəcəyik və hər oyunda qələbə qazanmağa çalışacağıq.
Mirbağırağa
