PSJ-dən "Liverpul"a 140 milyon avroluq transfer

17:51 - 27 Avqust 2026

PSJ-nin futbolçusu Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Liverpul" fransalı vingerin transferini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında şifahi razılıq əldə olunub. "Liverpun" 23 yaşlı ön xətt oyunçusu üçün Liqa 1 klubuna 115+25 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, PSJ Bredli Barkolanı 2023-cü ilin yayında "Lion"dan 45 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti