Azərbaycan klubu fransalı hücumçu gətirdi

11:18 - 28 Avqust 2026

“Şahdağ Qusar” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Sportal.az xəbər verir ki, Qusar təmsilçisi Əlcəzair əsilli fransalı hücumçu İdir Butrifini heyətinə qatıb.

26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İdir Butrifinin son klubu Lüksemburqun “Kaerjeng” komandası olub. O, 2023-cü ildən bu klubun formasını geyinib və 61 oyunda 28 qol vurub.

Xəbər xətti