I Liqada çıxış edən "Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Kənan Baxışovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kənan Baxışov son olaraq "Qarabağ"ın əvəzedici komandasında çıxış edib.
saytlarin hazirlanmasi
