Almaniya Bundesliqasının Böyük Britaniya və İrlandiya ərazisində rəsmi yayımçısı tanınmış hücumçu Ceymi Vardiyə məxsus olan "Jamie Vardy's Having a Party" YouTube kanalı olub.
Sportal.az xəbər verir ki, turnirin mətbuat xidməti müqaviləni təsdiqləyib.
Razılaşmaya əsasən, oyunçunun platformasında 2026/27 mövsümünün cümə günü keçiriləcək 7 matçı eksklüziv olaraq nümayiş olunacaq. Kanalda ilk yayım "Bavariya" ilə "Ştutqart"ın qarşılaşacağı yeni mövsümün bu gün baş tutacaq açılış matçı olacaq. Görüş bu gün baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.
Vardinin Bundesliqa ilə əməkdaşlığı yalnız futbol matçlarının canlı yayımları ilə məhdudlaşmayacaq. Müqavilənin formatı əlavə məzmunun yaradılmasını nəzərdə tutur. İngiltərəli forvard dəvət olunmuş qonaqlarla birlikdə Almaniya çempionatının əsas hadisələrini müzakirə etmək və gedişatını təhlil etmək üçün müntəzəm podkast buraxacaq. 39 yaşlı futbolçu yeni media fəaliyyətini oyunçu karyerasını davam etdirməklə birləşdirməyi planlaşdırır.
Xatırladaq ki, Vardy İtaliyanın "Kremoneze" klubunun heyətində keçirdiyi mövsümdən sonra hazırda azad agent statusundadır.
saytlarin hazirlanmasi
