"Liverpul"un futbolçusu zədələndi

17:43 - 28 Avqust 2026

"Liverpul"da çıxış edən Federiko Kyeza zədələnib.

Sportal.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Andoni İraola məlumat verib:

"Kyeza hələlik oynamağa hazır deyil. O, "Komo" ilə yoxlama oyununda zədə alıb. Onun əzələ zədəsi var. Ona görə də qarşıdakı matçda Federiko bizə kömək edə bilməyəcək".

Qeyd edək ki, "Liveerpul" ​İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində doğma meydanda "Nottingem Forest"lə qarşılaşacaq. Görüş avqustun 29-u keçiriləcək və Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Xəbər xətti