Braziliya millisinin sabiq üzvü Robinyonun oğlu Robinyo Junior karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Cenoa" "Santos"un oyunçusunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Robinyo Junior artıq İtaliyadadır. "Cenoa" 18 yaşlı vingeri satınalma bəndi ilə icarəyə götürəcək.
Qeyd edək ki, Robinyo Junior "Santos"un yetirməsidir. 18 yaşlı futbolçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi
