Qadınlar arasında voleybol üzrə Avropa çempionatının 1/8 finalında Azərbaycan millisinin rəqibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, pley-off mərhələsində “millinin” rəqibi Türkiyə yığması olacaq. Türkiyə A qrupunda Polşaya 2:3 hesabı ilə məğlub olaraq qrupda ikinci yeri tutub.
Azərbaycan və Türkiyə yığmaları arasında qarşılaşma 31 avqustda Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan millisi C qrupunda 8 xalla 3-cü yeri tutaraq pley-offa yüksəlib.
saytlarin hazirlanmasi
