"Real"ın futbolçusuna "Arsenal"dan rəsmi təklif - Mourinyo buraxmaq istəmir

22:52 - 28 Avqust 2026

"Arsenal" Endrikin mümkün transferi ilə bağlı "Real"la danışıqlar aparıb.

Sportal.az xəbər verir ki, London klubu baş məşqçi Joze Mourinyonun mövqeyinə baxmayaraq, Madrid klubuna rəsmi müraciət edib. Mourinyo 20 yaşlı braziliyalı hücumçunu komandadan buraxmaq istəmir.

Endrik ötən mövsüm "Lion"da uğurlu icarə keçirdikdən sonra bir neçə klubun diqqətini çəkib. “Arsenal”la yanaşı "Liverpul", "Aston Villa" və "Roma" da hücumçu ilə maraqlanır.

Mourinyo daha əvvəl Endriki nə satmaq, nə də icarəyə vermək istədiyini bildirib. Portuqaliyalı mütəxəssis gənc hücumçu ilə özü işləməyi planlaşdırır. Hazırda braziliyalı futbolçu budun arxa əzələsindəki zədədən bərpa olunur.

Endrik ötən mövsüm Liqa 1-də “Lion”un heyətində 16 oyunda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti