"Qarabağ" braziliyalını icarəyə götürdü - detallar açıqlandı

15:16 - 30 Avqust 2026

"Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.

Sportal.az xəbər verir ki, Kiprin APOEL klubu ilə danışıqlar uğurla yekunlaşıb və braziliyalı yarımmüdafiəçi Dieqo Rosa icarə əsasında Ağdam təmsilçisinə keçib.

Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın 23 yaşlı yarımmüdafiəçini transfer etmək opsiyası var. O, komandada 33 nömrəli forma ilə çıxış edəcək.

2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.

Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.

Xəbər xətti