“Sabah” növbəti transferə hazırlaşır.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Zenit”in yarımmüdafiəçisi Du Keyroşu heyətinə qatmağa yaxındır.
Bu barədə “Sport Ekspress” nəşri məlumat yayıb. 26 yaşlı braziliyalı futbolçu icarə əsasında "bayquşlar"a qoşulacaq.
Braziliyalı “Korintians”, “Qremio”, “Sport Resife” və “Orenburq”da oynayıb. Onun “Zenit”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
