"Zirə" "Neftçi"ni, "Kəpəz" "Turan Tovuz"u məğlub etdi - YENİLƏNİB

22:09 - 30 Avqust 2026

Bu gün Misli Premyer Liqasında 3-cü turun növbəti görüşləri baş tutub.

Sportal.az xəbər verir ki, günün ilk oyununda "Kəpəz" "Turan Tovuz"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Neftçi" isə "Zirə" ilə üz-üzə gəlib. Burada da sevinən tərəf meydan sahibləri olub. "Zirə" də 1:0 hesabı ilə rəqibini məğlub etməyi bacarıb.

Misli Premyer Liqası
III tur

30 avqust

18:00 "Kəpəz" -"Turan Tovuz" 1:0

Qol: Stıne 46

Gəncə şəhər stadionu

20:15 "Zirə" - "Neftçi" 1:0

Qol: Qismət Alıyev, 45+3

Qırmızı vərəqə: Elvin Bədəlov, 70 ("Neftçi")

Zirə İdman Kompleksinin stadionu

Xəbər xətti