Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yarışan idmançı təsəlliverici qarşılaşmada italiyalı Leonardo Valeriyanini məğlub edib.
O, üçüncü yer uğrunda görüşdə braziliyalı Daniel Karninlə qarşılaşacaq.
Xatırladaq ki, bu gün Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) isə 1/32 finalda uduzaraq DÇ ilə vidalaşıb.
Medal görüşləri saat 18:00-dan etibarən İTV kanalı vasitəsilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi
