Ronaldo 6 aya qədər diskvalifikasiya oluna bilər - millinin düşərgəsini tərk etdiyinə görə

23:38 - 7 Oktyabr 2026

Kriştiano Ronaldo Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etdiyinə görə 6 aya qədər diskvalifikasiya oluna bilər.

Sportal.az xəbər verir ki, daha əvvəl 41 yaşlı hücumçu baş məşqçi Jorje Jesusla yaşadığı münaqişə səbəbindən milli komandanın düşərgəsini tərk edib.

“A Bola”nın məlumatına görə, Ronaldo barəsində Portuqaliya Futbol Federasiyasının İntizam Reqlamentinin 160-cı maddəsinə əsasən intizam araşdırmasına başlanılıb.

Bu maddəyə əsasən, “milli komandaya mütəmadi olaraq çağırılan və üzrlü səbəb olmadan milli komandanın məşqini, oyununu və ya tədbirini tərk edən futbolçu 1 aydan 6 aya qədər diskvalifikasiya ilə cəzalandırılır. Əgər həmin şəxs peşəkar futbolçudursa, əlavə olaraq 510 avrodan 1020 avroyadək cərimə olunur”.

Xəbər xətti