"Slaviya"nın yarımmüdafiəçi Mixal Sadilek Çempionlar Liqasınn liqa mərhələsinin 2-ci turunda Bakıda “Sabah”a 0:2 hesabı ilə məğlubiyyiyyəti haqda danışıb.
Sportal.az "Infotbal.cz" portalına istinadən xəbər verir ki, çex futbolçu komandasının uğursuzluğa düçar olmasını bu cür ifadə edib:
"Düşünürəm ki, qol imkanları yaratmaqda bir az tələsdik. Soyuqqanlı deyildik, “Sabah” isə qol imkanlarından maksimum yararlandı. Təəssüf ki, bunu belə təsəvvür etmirdik. Heç olmasa ilk hissədə topa çətinliklə sahib olduq. Yalnız ikinci hissədə qol buraxdığımız zaman bir az irəliləyiş əldə etməyə çalışdıq, amma bu, kifayət deyildi.
Çox məyusedici məğlubiyyət oldu. Düşünürəm ki, qol imkanlarımız oldu, amma rəqiblərimiz topu qapı xəttindən iki dəfə uzaqlaşdırdılar. Təəssüf ki, onlar fürsətlərdən istifadə etdilər, bizdə isə alınmadı".
