"Roma" UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunda doğma meydanda "Real"a 3:4 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, İtaliya klubunun 2 qolunu vuranDoniell Malen matçdan sonra açıqlama verib. Niderlandlı hücumçu 82-ci dəqiqəyə qədər yaxşı ooynadıqlarını bildirib:
"Çox məyusam. Möhtəşəm bir axşam keçirəcəyimizə ümid edirdik. Lakin istədiyimiz nəticəni əldə edə bilmədik. Soyunub-geyinmə otağında böyük məyusluq hökm sürürdü. Azarkeşlərimizə layiq olduqları, uğrunda çox çalışdığımız bir axşam bəxş etmək istəyirdik.
Çox güclü komandamız var. İnanıram ki, xüsusi bir heyətimiz mövcuddur. Aramızda möhkəm bağ var. 82 dəqiqə ərzində nümayiş etdirdiyimiz səviyyədə futbol oynamaq gücündəyik. Lakin bu, kifayət etmədi. Bunu müzakirə etməli və nələrin dəyişdirilməli olduğunu dəqiq müəyyənləşdirməliyik. Çünki növbəti mərhələ belə oyunlarda qalib gəlməyi öyrənməkdir".
saytlarin hazirlanmasi
