UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Liverpul"da çıxış edən Bredli Barkola həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Fransalı vinger UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda Nikolo Tresoldi ("Brügge"), Lamin Yamal ("Barselona") və Harri Keyni ("Bavariya") qabaqlayıb.
Qeyd edək ki, Bredli Barkola "Liverpul"un səfərdə LASK-ı 6:3 hesabı ilə məğlub etdiyi matçda 73 dəqiqə meydanda olub. 24 yaşlı futbolçu qarşılaşmada 3 qol vurub.
saytlarin hazirlanmasi
