Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
“Turan Tovuz” Yevlaxda “İmişli”nin qonağı olacaq.
Turun son matçında isə “Zirə” səfərdə “Kəpəz”lə üz-üzə gələcək.
Misli Premyer Liqası
VIII tur
18 oktyabr (bazar)
15:00. “İmişli” - “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə
Yevlax şəhər stadionu, 15:00
18:30. “Kəpəz” - “Zirə”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev
Gəncə şəhər stadionu
