Azərbaycan milli komandası Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi yığma İsraillə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutan görüşdə millimiz rəqibinə 3:1 məğlub edib.
Qeyd edək ki, yığmamız daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi
