"Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

21:55 - 6 Noyabr 2026

Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib.

Sportal.az xəbər verir ki, ilk gündə iki oyun baş tutub.

"Qarabağ"la "Turan Tovuz" üz-üzə gəlib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi" isə "Kəpəz"i sınağa çəkib. Burada meydan sahibləri qələbəyə sevinib.

"Zəfər turu" 3 günü əhatə edəcək.

Misli Premyer Liqası. 11-ci tur

6 noyabr

18:00. "Qarabağ" – "Turan Tovuz" 0:1
Qol:
Roderik Miller, 80
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Azersun Arena"

20:00. "Neftçi" – "Kəpəz" 1:0
Qol:
Alen Şkribek, 67
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Palms Sports Arena"

Xəbər xətti