"Qəbələ"nin matçı təxiə salındı

21:28 - 20 İyul 2013

"Qırmızı-qaralar" oyun vaxtı məşqə çıxdı

 

Avstriyanın Zalsburq bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ"nin bu gün Bakı vaxtı ilə 20:00-a təyin olunan sınaq oyunu təxirə düşüb. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu səbədən komanda yenidən normal məşq proqramını bərpa edib və matçın başlama vaxtı üçün nəzərdə tutulan saatda məşqə çıxacaq. 
 
Xatırladaq ki, "Qəbələ" Avstriyada 3 hazırlıq matçı keçirməyi planlaşdırır. "Qırmızı-qaralar" iyulun 23-də "Gənclərbirliyi", 27-də isə "Çaykur Rizəspor"la (hər ikisi Türkiyə) üz-üzə gələcək. İyulun 25-də baş tutacaq oyunda "Qəbələ" ilə qarşılaşacaq kollektivin adı isə hələ ki, dəqiqləşməyib.

Xəbər xətti