"Xəzər Lənkəran"a daha bir zərbə: Hücumçu "Rəvan"la oyunu buraxmalı olacaq

10:37 - 29 Aprel 2014

Nildo cəzalı duruma düşdü
 
"Xəzər Lənkəran" "Rəvan"la oyuna tam heyətlə çıxa bilməyəcək.

Sportal.az xəbər verir ki, baş məşqçi Mustafa Dənizli Junior Nildonun xidmətindən məhrum olub.

Belə ki, braziliyalı futbolçu cəzalı duruma düşüb. "İnter"lə oyunun 74-cü dəqiqəsinlə qeyri-idman hərəkətinə görə cəzalanan Nildo sarı vərəqə limitini doldurub. Bu onun mövsümdə 4-cü "sarı"sı olub.

Qeyd edək ki, braziliyalı hücumçu bundan əvvəl "Neftçi" ilə IV və XXVIII, "Bakı" ilə VI turun oyunlarında "sarı" almışdı.

Xəbər xətti