"Xəzər Lənkəran"ın məşqində 3 yeni futbolçu

18:34 - 30 Aprel 2014

Komanda "Rəvan"la oyuna hazırlaşır
 
Premyer Liqanın 33-cu turunda "Rəvan"la qarşılaşacaq "Xəzər Lənkəran" hazırlığını davam etdirir.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, hazırda Oğuz Çətinin rəhbərliyi altında əsas stadionda məşq edən komandaya əvəzedici heyətdən 3 nəfər qoşulub. Bunlar Elnur Cəfərov, Elvin Mirzəzadə və Kamran Abdullazadədir.
 
Zədəli olan Adrian Skarlatake və Adrian Pit komandadan ayrı məşq edir.

Xəbər xətti