"Xəzər Lənkəran" istirahətə buraxıldı

01:57 - 3 May 2014

Komanda sabah bir araya gələcək
 
Premyer Liqanın XXXIII turunda doğma meydanda “Rəvan”ı 4:0-hesablı  darmadağınla məğlub edən “Xəzər Lənkəran” sərbəst buraxılıb.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisi oyundan sonra daha yarımsaat məşq edib. Ardıyca isə mayın 4-ə qədər sərbəst buraxılan komanda istirahətə çəkilib. Futbolçular aprelin 4-də saat 16:00-da Lənkərandakı bazada yenidən bir araya gələrək növbəti çempionat oyununa hazırlıqlara başlayacaqlar. Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXXIV turu çərçivəsində may ayının 7-də “Sumqayıt” klubunu doğma meydanda qəbul edəcək.
 
12cioyuncu.info

Xəbər xətti