AFFA prezidentindən açıqlama
"Azərbaycanın futbol hakimlərinin səviyyəsi Avropa çempionatlarındakı hakimlərdən yüksəkdir"
Sportal.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqada təmsil olunan "Araz-Naxçıvan" komandasının fəaliyyətinin dayandırılmasında hakim səhvlərinin olması məsələsinə münasibət bildirərkən jurnalistlərə deyib.
Rövnəq Abdullayev bildirib ki, səhvsiz hakim yoxdur: "Lakin biz Azərbaycanda hakimin qəsdən səhv etməsinin kökünü kəsmişik. Sağlam gənc hakimlərin sayını artırmışıq. "Oynamıram" deyib, elə bəhanəni hakimin boynuna atmaq düzgün deyil".
saytlarin hazirlanmasi