Komanda paytaxtda toplanış keçirəcək
Çempionatda yaranmış fasilə müddətində "Xəzər Lənkəran" paytaxtda toplanış keçirəcək.
Sportal.az xəbər verir ki, baş məşqçi Oğuz Çetin bir neçə əvəzedici heyət üzvü də daxil olmaqla, sərəncamında olan futbolçularla öncədən tərtib olunmuş plan üzrə çalışacaq.
Qeyd edək ki, hal-hazırda komandanın bir sıra futbolçusu milli komandaların düşərgəsindədir. Rahid Əmirquliyev, Rauf Əliyev və Rasim Ramaldanov milli komanda, Elnur Cəfərov və İlyas Səfərzadə U-19 milli komandası, Alfred Sanko isə Syerra Leone yığması ilə qarşıdakı rəsmi görüşlərə hazırlaşır.