Müdafiəçini zədə rahat buraxmır
Bu il "Arsenal"dan "Barselona"ya transfer olunan Tomas Vermalen DÇ-2014-də Belçika yığmasının heyətində Rusiyaya qarşı oynadığı matçda zədələndiyi barədə məlumat vermişdik.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Vermalenin zədəsi çox ciddi olduğundan yenidən əməliyyata yollana bilər.
Qeyd edək ki, "Barselona"da oynamaq nəsib olmayan futbolçunun karyerasının çoxu zədə ilə keçib. Belə ki, 2009-cu ildə də "Arsenal"ın heyətində 400 gün ərzində 24 dəfə zədə alıb.
saytlarin hazirlanmasi