Heç-heçə komandanı ikinci pillədə saxlayacaq
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Dnepr" klubu bu gün Ukrayna Premyer Liqasında növbəti matçına çıxacaq.
Sportal.az xəbər verir ki, komanda çempionatın 11-ci turunda səfərdə "Şaxtyor" (Donetsk) klubu ilə qarşılaşacaq.
"Dnepr" klubu bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyə yüksələ bilər. Bunun üçün Premyer Liqanın hazırkı lideri "Dinamo" (Kiyev) klubu evdə "Karpatı"ya məğlub olmalıdır.
Qeyd edək ki, "Şaxtyor" - "Dnepr" oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
9 noyabr
Ukrayna Premyer Liqası, 11-ci tur
19:00. "Şaxtyor" (Donetsk) - "Dnepr"
saytlarin hazirlanmasi