Sloveniyalı futbolçu klubun maraq dairəsində
Son günlər heç də yaxşı günlərini yaşamayan "Arsenal" "Maribor"un 19 yaşlı müdafiəçisi Petar Styanoviç ilə heyətini gücləndirmək istəyir.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Arsenal" klubu öz skautlarını Çempionlar Liqasının 4-cü turunda "Maribor" - "Çelsi" (1:1) matçına göndərərək futbolçunun oyununu izləyiblər.
Qeyd edək ki. transferin yanvar ayında baş tutacağı gözlənilir.
saytlarin hazirlanmasi