"Xəzər Lənkəran" AZAL-la qarşılaşacaq

17:00 - 10 Noyabr 2014

Komandalar yoxlama görüşündə üz-üzə gələcək

 

Milli komandaların Avropa çempionatının seçmə mərhələsinin oyunları ilə əlaqədar ölkə çempionatında yaranan fasilə müddətində Bakıda hazırlığına start verən “Xəzər Lənkəran” klubu noyabrın 5-dən etibarən məşqlərini paytaxtda davam etdirir.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gündə iki dəfə olmaqla, səhərlər fiziki, axşam məşqində isə taktiki planda keçirilən məşqlərdə iki futbolçu Cahangir Həsənzadə və Ağabala Ramazanov tam olaraq iştirak edə bilmir.

Adıçəkilən futbolçular hazırda yüngül çalışmalarla xüsusi planda zədələrini sağaltmağa cəlb olunublar. Son məşqdə Adrian Skarlatakenin ciddi zədələnməsi isə məşqçilər korpusunu qayğılandıran əsas məqamdır. Rumıniyalı futbolçu əzələ yırtığı səbəbi ilə üç həftə komandaya kömək edə bilməyəcək.

Bu arada “Xəzər Lənkəran” hazırlıq prosesində AZAL klubu ilə yoxlama oyunu keçirəcək. Noyabrın 12-də "AZAL Arena"da keçiriləcək oyun saat 16:00 da başlayacaq.

Xəbər xətti