Millimiz FİFA reytinqdə 11-ci pillədə yer aldı

00:20 - 11 Noyabr 2014

Rəqib Ukrayna komandamızı qabaqlayır  
 
FİFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, yığma komandamız yeni siyahıda 11-ci pillədə qərarlaşıb.
 
Milli komandamızın hesabında 1391 xalı var. Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərimiz olan Ukrayna (1472) 8-ci, Belçika (1197) 28-ci yeri tutur.
 
Yığmamızın potensial rəqiblərinə gəlincə, Yunanıstan (932) 52-ci, Danimarka (883) 60-cı, Bolqarıstan (750) seçməsi 79-cu pillədıə qərar tutub. 

Xəbər xətti