"Uğurun davamını gətirməliyik"
Futbol üzrə Norveç yığmasının müdafiəçisi Şteffen Haqen AÇ-2016-nın seçmə mərhələsində Azərbaycanla matç öncəsi fikirlərini açıqlayıb.
Sportal.az futbolçunun açıqlaması diqqətinizə çatdırır:
"Biz seçmə mərhələyə yaxşı başlamışıq. Komanda olaraq bu uğurun davamını gətirməliyik. Bunun üçün də növbəti oyunda Azərbaycanı məğlub etməyə borcluyuq. Amma bu, çox çətin olacaq".