Komanda turnirdən uzaq qaldı
Gələn il təşkil olunacaq Afrika kuboku Mərakeşdə keçirilməyəcək.
Sportal.az xəbər verir ki, bu xəbəri Afrika Futbol Konfederasiyası yayıb.
Federasiya Mərakeşin Ebola virusuna görə turnirin vaxtının dəyişdirilməsi ilə bağlı müraciətini rədd edib. Ev sahibliyi hüququndan məhrum edilən Mərakeş, Afrika kubokundan da kənarlaşdırılıb. Turnirin hansı ölkədə keçiriləcəyinə yaxın günlərdə məyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl Misir, Nigeriya və Əlcəzair Afrika kubokuna ev sahibliyi etməkdən imtina etmişdi.
Xatırladaq ki, turnir 17 yanvar və 8 fevral (2015) tarixlərində keçiriləcək.
saytlarin hazirlanmasi