Ağabala Ramazanov məşqlərə başladı

19:50 - 11 Noyabr 2014

Komanda sabah AZAL-la qarşılaşacaq

 

"Xəzər Lənkəran" Bakıda hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "Dalğa Arena" stadionunda keçən məşqdə Ağabala Ramazanov, Alfred Sanko, Uğur Pamuk və Cahangir Həsənzadə fərdi qaydada çalışıblar. Əfran İsmayılovun isə 3 gün sonra komandanın məşq prosesinə qatılması gözlənilir.
 
Yay transfer pəncərəsi dövründə transferə çıxarılmış, sonradan isə müəyyən səbəblərdən komandanın düşərgəsindən kənarda qalan xorvat qapıçı Vyekoslav Tomiç də bu gündən komandaya qoşulub.
 
Xatırladaq ki, sabah, saat 16:00-da "AZAL Arena"da "Xəzər Lənkəran" AZAL-a qarşı yoxlama oyunu keçirəcək.

Xəbər xətti