"Xəzər Lənkəran" AZAL-la bərabərə qaldı

18:20 - 12 Noyabr 2014

Yoxlama görüşü

 

Premyer Liqamızda yaranan fasilədən istifadə edən "Xəzər Lənkəran" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
 
Sportal.az xəbər verir ki, komanda səfərdə AZAL-la qarşılaşıb. "AZAL Arena"da keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, "Xəzər Lənkəran" 17 xalla turnir cədvəlinin 5-ci, AZAL isə 10 xalla 9-cu pilləsində qərarlaşıb. 

 

12 noyabr

Yoxlama oyunu

16:00. AZAL - "Xəzər Lənkəran" - 1:1
Qollar:
Freddi, 5 (1:0), Fernandinyo, 52 (1:1)

Xəbər xətti