"İnter" "Simurq"la bərabərə qaldı

23:45 - 13 Noyabr 2014

Yoldaşlıq görüşü

 

Premyer Liqamızda yaranan fasilədən istifadə edən "İnter" bu gün yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Simurq"la üz-üzə gəlib. "İnter Arena"da keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.

Qeyd edək ki, "İnter" hazırda turnir cədvəlində 18 xalla ikinci, "Simurq" isə 14 xalla altıncı pillədə qərarlaşıb.

13 noyabr

Yoldaşlıq oyunu

"İnter" - "Simurq" - 0:0

Xəbər xətti