XII turun hazırlığı
Milli komandaların toplanışı ilə bağlı ölkə çempionatında yaranan fasilə müddətində “Xəzər Lənkəran” hazırlıq planının ikinci mərhələsinə start verir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ”Xəzər Lənkəran” ilk mərhələdə bir həftəlik toplanışı AZAL klubu ilə keçirilən yoxlama matçı ilə yekunlaşdırıb. Bir gün verilən istirahətdən sonra komandamız yenidən bir araya gələcək.
Yenidən paytaxtda toplaşacaq komanda artıq bu gündən XII turun hazırlığına başlayacaq. Saat 15.30-da “Dalğa Arena”da məşqə çıxacaq "Xəzər Lənkəran" “İnter”lə oyunun hazırlığını sona qədər adıçəkilən arenada davam etdirəcək. Bu arada zədəli futbolçuların müalicəsi xüsusi prosedur üzrə davam etdirilir. Adrian Skarlatake və Ağabala Ramazanovun qarşıdakı matçı buraxacağı dəqiq olsa da, Alfred Sanko və Cahangir Həsənzadə “İnter” matçında komandaya kömək edə biləcək.
saytlarin hazirlanmasi