"Fırtınalar Meydanı"ndan son görüntülər FOTOLAR

13:00 - 14 Noyabr 2014

Ot örtüyü yenilənir

 

Məlum olduğu kimi Premyer Liqada yaranan fasilədə “Xəzər Lənkəran” klubu doğma stadionunun ot örtüyünü yeniləyir.

Sportal.az 12cioyuncu.az saytına istinadən “Fırtınalar meydanı”nın son vəziyyəti ilə azarkeşləri tanış edir.

 

 Əvvəlcə qeyd edək ki, bu təmir, heç də bir çoxlarının gözlədiyi kimi meydançanın köklü şəkildə yenilənməsi deyil. Başqa sözlə drenaj sisteminin dəyişilməsi, meydançanın torpaq, qum və s. balansının yenidən müəyyənlədirilərək qurulması əsaslı təmir sayıla bilərdisə, hazırda stadionda gedən işlər sadəcə yeni qaydalarla toxum səpilməsi və bitəcək otun da tam ayrı üsullarla becərdilməsi prossesindən ibarətdir. Bir tərəfdən bərəkətli Lənkəran torpağında yaşıl otu becərtmək heç də böyük qəhrəmanlıq sayılmır, axı Lənkəranda hətta asfalt örtüyü sərilmiş bəzi küçələrdə yaxud beton  tökülmüş yerlərdə belə ot bitirsə niyə də stadionun meydançasında bitməsin? Bununla belə çoxdan bəri bərbad vəziyyətə düşən “Fırtınalar meydanı”nın ot örtüyünün dəyişilməsi istiqamətində görülən hər hansı xırda işləri belə alqışlamaq lazımdır. Çünki o meydançanın təmirə qədərki  ala-bula biabırçı görkəmi nə klubun ad-sanına nə də çoxminli azarkeşinə yaraşan hal deyildi.

 

Beləliklə hazırda stadionumuzun başıbəlalı meydançasında yeni toxum səpilmiş və meydançanın üstü tamamilə ağ örtüklə qapanmışdır.

 

İnanmaq istərdik ki, bu  örtük, sevimli klubumuzun rənginin digər payına uyğun olan YAŞIL ot örtüyünün bərpasında müsbət mənada rol oynaya biləcək.

 

Xəbər xətti