Sneyder "Yuventus"a lazım deyil

13:15 - 14 Noyabr 2014

Turin klubu futbolçunu istəmədi

 

İtaliya nəhənglərindən olan "Yuventus" "Qalatasaray"dan ayrılması gözlənilən Uesli Sneyderi trasnfer etmək fikrində deyil.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "qoca sinyora" 30 yaşlı futbolçunun agentinin təklifini geri çevirib.

 

Qeyd edək ki, hollandiyalı futbolçu bu sezon "Qalatasaray"ın heyətində çıxdığı 9 matçda 3 qola imza atıb.

Xəbər xətti