Hücumçu yanvarda "Liverpul"a dönə bilər

14:55 - 14 Noyabr 2014

Futbolçu yenidən İngiltərəyə gəlmək istəyir

 

Fransanın "Lill" komandasında çıxış edən Divok Oriqi yenidən "Liverpul"da çıxış edə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 19 yaşlı belçikalı hücumçu öz açıqlamsında bunları qeyd edib:

 

"Mən yanvar ayına yenidən "Liverpul"a dönə bilərəm. Əgər, "Lill" rəhbərliyi məni buraxsa əmin olun ki, İngiltərəyə üz tutacam. Mən Brendan Rodcerslə daim əlaqədəyəm. Mənim inkişaf etməm də, onun çöx böyük əməyi var."

Xəbər xətti