Dünya Çempionatı
Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı davam edir.
Sportal.az Zirvə idman klubunun saytına istinadən xəbər verir ki, bu gün daha bir idmançımız körpücük üzərinə qalxıb. 94 kq çəki dərəcəsinin B qrupunda Dadaş Dadaşbəyli mübarizə aparıb.
“Qobustan-Zirvə” İdman Klubunun nümayəndəsi birdən qaldırma hərəkətində 165 kq, təkanla qaldırma hərəkətində 200 kq-ın öhdəsindən gəlib. Toplamda 365 kq nəticə göstərən Dadaşbəyli, B qrupunda 3-cü yeri tutub.
Onun yekun sıralamadakı yeri A qrupunda yarış bitəndən sonra məlum olacaqdır.