AFFA Məşqçilər Komitəsi yaradır

16:10 - 14 Noyabr 2014

Qərar qəbul edilib

 

AFFA prezidentinin əmrinə əsasən assosiasiyada daim fəaliyyət göstərən Məşqçilər Komitəsi yaradılacaq.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  bununla əlaqədar olaraq baş katibliyə tapşırılıb:

 

 

1. Məşqçilər Komitəsinin Əsasnaməsinin hazırlanması.

2. Məşqçilər Komitəsinin iş prinsipinin müəyyənləşməsi.

3. Məşqçilər Komitəsinin üzvlüyünə namizədlərin siyahısının hazırlanması.

4. Məşqçilər Komitəsi namizədlərin iştirakı ilə operativ olaraq fəaliyyətə başlasın.

5.  Məşqçilər Komitəsinin təsdiqi İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə salınsın.

Xəbər xətti