Karyerasını İngiltərədə davam etdirə bilər
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi İlkay Gündoğan "Mançester Yunayted"in transfer hədəfinə çevrilib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu üçün "qırmızı şeytanlar" 20 milyon avro təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, zədə səbəbindən bu mövsüm bir çox matçda iştirak etməyən Gündoğan 12 oyunda 1 qolla yadda qalıb.
saytlarin hazirlanmasi