"Sneyderi almaq istəyən klub 20 milyon avrosundan keçməlidi"
Son vaxtlar adı "Yuventus"la hallanan "Qalatasaray"ın təcrübəli hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyderin agenti Qvido Albers maraqlı açıqlamalar verib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, agent öz açıqlamasında Sneyderin İstanbulda xoşbəxt olduğunu bildirərək bunları qeyd edib:
"Əgər, "Yuventus" Sneyderi öz heyətinə qatmaq istəyirsə "Qalatasaray"a 20 milyon avro ödəməlidir. Hal-hazırda onu deyə bilərəm ki, Sneyder üçün heç bir rəsmi təklif göndərilməyib. O, İstanbulda özünü xoşbəxt hiss edir."
saytlarin hazirlanmasi