Mourinyodan "üz görməyən" Peter Çex, sabiq köməkçisindən imdad diləyəcək

15:15 - 5 Yanvar 2015

Qapıçının yeni klubu bəlli oldu

 

"Çelsi"nin təcrübəli qapıçısı Peter Çex karyerasını "Midlsbro"da davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Joze Mourinyonun "Real"da işləyərkən köməkçisi olan Aytor Karankanın baş məşqçilik etdiyi "Midlsbro"ya icarəyə verilən Çex mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, bu məlumatı təsdiqləyən Joze Mourinyo Karanka ilə oyun üslüblarının eyni olduğunu bildirərək bu addımı atdıqlarını dilə gətirib.

Xəbər xətti