"Xəzər Lənkəran" Antalyaya yollandı

10:25 - 6 Yanvar 2015

Elnur Cəfərov sonradan qoşulacaq

 

"Xəzər Lənkəran" qış təlim-məşq toplanışını keçirmək üçün Türkiyəyə yollanıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Antalyanın Belek bölgəsində yerləşən "Crystal Tat Beach" otelində yerləşəcək komanda 20 günlük toplanış çərçivəsində 5 yoxlama oyununa çıxacaq.

 

Elbrus Məmmədovun başçılıq etdiyi komanda toplanışa 21 futbolçu ilə yollanıb. Bunlar Orxan Sadıqlı, Vyekoslav Tomiç, Tərlan Qasımzadə, Rasim Ramaldanov, Tural Cəlilov, Elvin Mirzəyev, İlyas Səfərzadə, Ruslan Cəfərov, Elnur İsmailov, Maqsum Qəmbərli, Rahid Əmirquliyev, Alfred Sanko, Sadio Tounkara, İlqar Ələkbərov, Kamran Abdullazadə, Bəhruz Teymurov, Elşən Rzazadə, Elsevər Bəkirzadə, Kazım Kazımlı, Ağabala Ramazanov və Nurxan Mənsimzadədi. Daha bir oyunçu - Elnur Cəfərov isə hazırda U-19-un heyətində qatıldığı Valentin Qranatkinin xatirəsinə həsr olunan turnir başa çatdıqdan sonra klubuna qoşulacaq.

Xəbər xətti