4 illik müqavilə
"Liverpul"un 21 yaşlı hücumçusu Suso karyerasını İtaliyada davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Milan" ispaniyalı futbolçu ilə 4 illik müqaviləyə imza atıb. Bu mövsüm "Liverpul"la müqaviləsi sona çatan Suso azad agent kimi İtaliyaya yollanacaq.
Qeyd edək ki, Suso bu mövsüm "Liverpul"un heyətində yalnız bir matçda forma geyinə bilib.
saytlarin hazirlanmasi