Bernhard Lippertdən millimizə dəstək

16:15 - 6 Yanvar 2015

Texniki direktor Rusiyaya yola düşür

 

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması ikinci qrup mərhələsi çərçivəsində yanvarın 7-də Sankt-Peterburq, yanvarın 8-də isə Koreya Respublikasının komandası ilə qarşılaşacaq.  

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın iştirakı ilə keçiriləcək hər iki oyunu AFFA-nın texniki direktoru Bernhard Lippert də izləyəcək.

Xəbər xətti